satellite   Azerspace-1: 11135 H 30000

Səkkiz ayda 238 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Səkkiz ayda 238 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-avqust ayları ərzində daşınmaz əmlak üzərində 237 min 785 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Dövlət Xidmətindən NTV-yə bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 45 min 194-ü (19 faiz) ilkin, 192 min 591-i (81 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Bu ilin ilk 8 ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 51 min 504, mənzil – 60 min 613, torpaq sahəsi – 116 min 495, qeyri-yaşayış binası – 2174, qeyri-yaşayış sahəsi – 6505, əmlak kompleksi – 427 və çoxmərtəbəli yaşayış binaları üzərində – 67 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 69 min 688-i Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Hesabat dövrü ərzində daşınmaz əmlak obyektləri üzrə 167 min 352 texniki pasport tərtib edilib, 43 min 21-i ipoteka müqaviləsi qeydiyyata alınıb.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə, əmlak əməliyyatlarının hüquqi etibarlılığının təmin olunmasına və daşınmaz əmlak bazarında şəffaflığın artırılmasına xidmət edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM