satellite   Azerspace-1: 11135 H 30000

EHİS-in strukturunda "Elektron iştirakçılıq" altsistemi yaradılır

EHİS-in strukturunda "Elektron iştirakçılıq" altsistemi yaradılır

Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) strukturunda "Elektron iştirakçılıq" altsistemi yaradılır.

NTV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, altsistem vasitəsilə aşağıdakılar təmin olunacaq:

- "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi;

- "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş ictimai iştirakçılıq formalarının həyata keçirilməsi.

Altsistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.

Fərmana əsasən, Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə altsistemin formalaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM