satellite   Azerspace-1: 11135 H 30000

Putin Si Cinpin və Trampla üçtərəfli görüşlərin davam etdirilməsinə çağırıb

Putin Si Cinpin və Trampla üçtərəfli görüşlərin davam etdirilməsinə çağırıb

Rusiya Prezidenti Vladimir Putin Çinin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampla Şençjendə keçirilən APEC sammiti çərçivəsində baş tutan görüşü çox faydalı adlandırıb. O, bu görüşün ardınca yeni üçtərəfli danışıqların keçiriləcəyinə ümidvar olduğunu bildirib.

NTV xəbər verir ki, danışıqların yekunlarına dair brifinqdə V.Putin açıq söhbətin liderlərə bir-birini daha yaxşı anlamağa imkan verdiyini qeyd edib. O, bu görüşü diplomatiya tarixindəki səhifələrdən biri kimi qiymətləndirib. Onun fikrincə, üçtərəfli görüş uğurlu olub, baxmayaraq ki, bəzi qərarlar digər formatlarda da qəbul edilə bilər.

Ukrayna münaqişəsindən danışan V.Putin D.Trampın münaqişənin nizamlanmasına nail olmaq və Moskva ilə Vaşinqton arasında əməkdaşlığı qurmaq istəyinin səmimiliyinə şübhə etmədiyini bildirib. Rusiya lideri, həmçinin vurğulayıb ki, razılaşmaların qismən yerinə yetirilməsi onların ümumiyyətlə yerinə yetirilməməsindən daha yaxşıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM