satellite   Azerspace-1: 11135 H 30000

İran: Regional təhlükəsizlik xarici müdaxilə olmadan təmin edilməlidir

İran: Regional təhlükəsizlik xarici müdaxilə olmadan təmin edilməlidir

İranın xarici işlər naziri Abbas Əraqçi regional təhlükəsizliyin xarici müdaxilə olmadan region daxilində təmin edilməli olduğunu vurğulayıb. O, müharibənin yenidən alovlanmasının qarşısını almaq və müstəqil regional təhlükəsizlik çərçivəsinin yaradılması ilə bağlı Omanda müzakirələr aparıldığını bildirib.

NTV  IRNA agentliyinə istinadla xəbər verir ki, Əraqçi Omana səfərinin nəticələrini, o cümlədən regional inkişaflar üzrə məsləhətləşmələri, müharibənin yenidən alovlanmasının qarşısını almaq səylərini, Maskatın diplomatik rolunu və müstəqil regional təhlükəsizlik çərçivəsinin yaradılması zərurətini qeyd edib.

İranlı nazir yerli mediaya müsahibəsində Omana çox uğurlu səfər etdiyini və bu səfər zamanı omanlı həmkarı və Oman Sultanı ilə səmərəli görüşlər keçirdiyini bildirib. O əlavə edib: “Amerikanın təcavüzünün və müharibənin yenidən alovlanmasının qarşısını almaq səyləri müzakirələrin mövzuları arasında idi. İranın bu məsələlərə dair mövqeyi omanlı dostlarımızla sıx uyğun gəlir”.

Əraqçi, həmçinin regionda yeni və müstəqil təhlükəsizlik çərçivəsinin yaradılması zərurəti ilə bağlı müzakirələrin aparıldığını açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM