satellite   Azerspace-1: 11135 H 30000

İtaliya hibrid təhdidlərlə mübarizəyə 6 milyard avro ayıracaq

İtaliya hibrid təhdidlərlə mübarizəyə 6 milyard avro ayıracaq

İtaliyanın müdafiə naziri Quido Krosetto ölkəsinin qarşıdakı illərdə hibrid təhdidlərlə mübarizəyə 6 milyard avrodan çox vəsait ayıracağını açıqlayıb.

NTV xarici mediaya istinadla xəbər verir ki, nazir parlamentdə çıxışı zaman İtaliyanın hibrid təhdidlərə qarşı mübarizə imkanlarını gücləndirmək məqsədilə 6 milyard avrodan çox vəsait xərcləməyi planlaşdırdığını bildirib.

2026–2028-ci illəri əhatə edən dövrdə bu istiqamətdə təxminən 2 milyard avro vəsaitin ayrılması nəzərdə tutulur. Bu isə əvvəlki üçillik dövrlə müqayisədə təxminən 40 faiz artım deməkdir.

Hibrid təhdidlərlə mübarizəyə yönəldilən xərclər 2019-cu ildəki 126 milyon avrodan 2025-ci ildə 557 milyon avroyadək yüksəlib.

Qlobal Döyüş Aviasiyası Proqramı (GCAP) çərçivəsində hazırlanan qırıcı təyyarə layihəsi ilə bağlı müvafiq texnologiyalara ayrılan vəsait də nəzərə alındıqda, ümumi məbləğ təxminən 7 milyard avroya çatır.

Son həftələrdə İtaliya və digər Avropa ölkələri supermarketləri, qan banklarını, hava hərəkətinin idarə edilməsi sistemlərini və media qurumlarını hədəf alan saxta məlumatlar əsasında verilən həyəcan siqnalları, eləcə də kiberhücumlarla üzləşiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM