satellite   Azerspace-1: 11135 H 30000

Dünya bazarında buğdanın qiyməti artır

Dünya bazarında buğdanın qiyməti artır

Rusiya ilə Ukrayna arasında davam edən müharibə dünya bazarında buğdanın qiymətinin kəskin şəkildə bahalaşmasına səbəb olub.

NTV  xəbər verir ki, Ukraynanın pilotsuz uçan aparatları (PUA) Azov və Qara dənizdə Rusiyaya məxsus yük gəmilərini hədəf aldıqdan sonra Çikaqo əmtəə birjasında (dünyanın kənd təsərrüfatı mallarının satıldığı platforma) buğdanın qiyməti 5 faiz artıb. Rusiyanın cavab olaraq Ukraynanın limanlarına raket zərbələri endirməsi vəziyyəti daha da gərginləşdirib.

“Bloomberg” yazır ki, iyulun 6-dan bu günə kimi dünya bazarında buğdanın qiyməti 13 faiz artıb. Hazırda 1 buşel buğdanın qiyməti 6,76 dollara satılır (1 tonu 248,4 dollar). Son 9 gün ərzində Ukrayna Rusiya məxsus yükləri daşıyan 116 gəmiyə PUA ilə hücum edib.

Dünya bazarına Kanada və Qazaxıstan ilə yanaşı, Rusiya ilə Ukrayna da buğda ixrac edir. Ukrayna PUA-larının Rusiyanın neft ayırma zavodlarına hücumu nəticəsində ölkədə yanacaq çatışmazlığı yaşanıb ki, bu da məhsulun biçilməsinə (yığılmasına) imkan vermir. Rusiya da öz növbəsində Ukrayna limanlarına raket zərbələri endirərək ixracın qarşısını alır ki, bu da dünya bazarında buğdanın qiymətinin artmasına səbəb olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM