satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 32 %-dən çox azalıb

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 32 %-dən çox azalıb

Bu ilin yanvar ayında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 39 milyon 281 min ABŞ dolları təşkil edib.

NTV-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 % azdır.

Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 1,1 %-i qədər olub.

İl ərzində Azərbaycanın ABŞ-yə ixracının dəyəri 41,7 % artaraq 7 milyon 646 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 40 % azalaraq 31 milyon 635 min ABŞ dolları olub.

Ay ərzində ABŞ-yə ixrac ümumi ixracın 0,3 %-ni, ABŞ-dən idxal isə ümumi idxalın 2,4 %-ni təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM