satellite   Azerspace-1: 11135 H 30000

DÇ-2026: İngiltərə Fransaya 6:4 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub

DÇ-2026: İngiltərə Fransaya 6:4 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub

Futbol üzrə İngiltərə millisi 2026-cı dünya çempionatında üçüncü yerin sahibi olub.

NTV-nin məlumatına görə, Fransa ilə qarşılaşan ingilislər bürünc medal uğrunda matçda 6:4 hesablı qələbəyə seviniblər.

Tomas Tuxelin rəhbərlik etdiyi kollektivin heyətində Deklan Rays (3), Ezri Konsa (18), Bukayo Saka (37, 45+1, 87-p.) və Cud Bellinqem (90+8) fərqləniblər. "Xoruzlar"dan isə Kilian Mbappe (48, 66) Bradli Barkola (54) və Usman Dembele (90+6) adını tabloya yazdırıblar.

Qeyd edək ki, DÇ-2026-da final matçı saat 23:00-da İspaniya və Argentina yığmaları arasında keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM