satellite   Azerspace-1: 11135 H 30000

Premyer Liqa: XXX tura iki oyunla yekun vurulacaq

Premyer Liqa: XXX tura iki oyunla yekun vurulacaq

Misli Premyer Liqasında XXX tura bu gün baş tutacaq iki oyunla yekun vurulacaq.

Naxçıvan televiziyası xəbər verir ki, əvvəlcə “Araz-Naxçıvan” səfərdə “Kəpəz”in qonağı olacaq.

Tovuz şəhər stadionunda keçiriləcək və Kamal Umudlunun idarə edəcəyi görüş saat 17:00-da başlayacaq. “Araz-Naxçıvan” hazırda 51 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Doqquzuncu yerdə olan Gəncə klubunun isə 27 xalı var.

Turun son matçı “Neftçi Arena”da baş tutacaq. “Neftçi” evdə “Zirə” ilə üz-üzə gələcək. Rəşad Əhmədovun idarə edəcəyi matçın start fiti saat 19:15-də səsləndiriləcək. “Zirə” turnir cədvəlində 55 xalla ikinci yerdədir. Altıncı olan “Neftçi”nin isə 35 xalı var.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Qarabağ” “Səbail”i (4:1), “Turan Tovuz” “Sabah”ı (2:1), “Şamaxı” isə “Sumaqayıt”ı (2:1) məğlub edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM