satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında medal qazanıb

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında medal qazanıb

Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında medal qazanıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, idmançı bürünc mükafata sahib çıxıb.

Beka Kandelaki (130 kq) isə üçüncü yer uğrunda görüşdə uduzub.

Qeyd edək ki, daha əvvvəl Eldəniz Əzizli (57 kq) gümüş medal əldə edib.

Xatırladaq ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.

Qitə birinciliyi aprelin 13-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM