satellite   Azerspace-1: 11135 H 30000

"Mançester Yunayted" yetirməsini satmağa hazırdır

"Mançester Yunayted" yetirməsini satmağa hazırdır

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Markus Reşfordu satmağa hazırdır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə jurnalist və insayder Florian Plettenberq sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, "qırmızı şeytanlar" qış transfer dönəmində 27 yaşlı hücumçu üçün gələcək təklifləri dəyərləndirəcək. Mançester təmsilçisi forvardı ən geci yayadək satmağı planlaşdırır.

Klub Reşfordu satmaqla oyunçulara verilən maaşa qənaət etmək niyyətindədir. Beləliklə, bu, "Mançester Yunayted"in "maliyyə feyr-pleyi" qaydalarına asanlıqla uyğunlaşmasına şərait yaradacaq.

Qeyd edək ki, klubun yetirməsi olan Markus Reşford cari mövsüm bütün turnirlərdə 23 oyuna çıxıb, 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM