satellite   Azerspace-1: 11135 H 30000

“Paris-2024”: Azərbaycan avarçəkəni olimpiadanı 17-ci sırada başa vurub

“Paris-2024”: Azərbaycan avarçəkəni olimpiadanı 17-ci sırada başa vurub

Azərbaycan avarçəkəni Diana Dımçenko “Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Naxçıvan televiziyası xəbər verir ki, o, 13-18-ci yerlər uğrunda mübarizə aparıb.

C finalında çıxış edən idmançı 2000 metr məsafəni 9 dəqiqə 10 saniyəyə qət etməklə yekun sıralamada 17-ci olub.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM