satellite   Azerspace-1: 11135 H 30000

Konfrans Liqası: "Sabah" və "Zirə"nin matçlarını idarə edəcək hakimlərin adları bəlli olub

Konfrans Liqası: "Sabah" və "Zirə"nin matçlarını idarə edəcək hakimlərin adları bəlli olub

"Zirə" və "Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki oyunklarını idarə edəcək hakimlər müəyyənləşib.

Naxçıvan televiziyası-ın məlumatına görə, "Zirə"nin Xorvatiyada yerli "Osiyek" klubuna qarşı ilk matçında yunanıstanlı Aristotelis Diamantopoulos iş başında olacaq.

Tərəflər arasındakı "Dalğa Arena"dakı cavab görüşünü isə avstriyalı Xulian Veinberger idarə edəcək.

İrlandiyada "Sent-Patriks Atletik” və "Sabah" arasındakı ilk qarşılaşma islandiyalı Vilhjalmur Thorarinssona tapşırılıb. Bakıdakı cavab oyununda isə rumıniyalı Marsel Birsan ədaləti qoruyacaq.

Qeyd edək ki, bu raundun ilk matçları 8 avqustda, cavab oyunları avqustun 15-də gerçəkləşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM