Sumqayıt şəhəri 35 nömrəli orta məktəbin məzunu Zamin Ramin oğlu Kərimovdur. II ixtisas qrupu üzrə 690 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Bu barədə NTV-yə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Zamin Kərimov imtahanın birinci mərhələsində 297.5, ikinci mərhələsində isə 392.5 bal toplayıb.
Xatırladaq ki, DİM bu günü II və III ixtisas qrupları üzrə iyulun 5-də keçirilmiş imtahanların nəticəsini açıqlayıb.
