satellite   Azerspace-1: 11135 H 30000

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi avqustun 4-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Bu barədə Naxçıvan televiziyası-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahana buraxılış vərəqəsini Mərkəzin saytında müvafiq linkdən çap etmək olar.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Namizədlərin imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və namizədin buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM