satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib

 Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukrayna ilə müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq məqsədilə 113 fiziki və hüquqi şəxsə qarşı əlavə sanksiyalar tətbiq edib.

NTV xəbər verir ki, Aİ-nin qəbul etdiyi yeni qərara əsasən, sanksiya siyahısına 12 fiziki şəxs və 101 qurum daxil edilib. Siyahıya Rusiyanın 50-yə yaxın bankı və maliyyə institutu, həmçinin iri elektron ticarət şirkətləri “Wildberries” və “Ozon” ilə əlaqəli şəxslər daxil edilib. Bundan başqa, Rusiya neft-qaz sektorunda fəaliyyət göstərən, neft emalı zavodlarını və Sankt-Peterburq neft terminalını idarə edən şirkətlər də sanksiyalara məruz qalıb.

Aİ, həmçinin Rusiya mənşəli neft məhsullarını alan, eləcə də sanksiyalardan yayınaraq neft daşınmasında iştirak edən Birləşmiş Ərəb Əmirlikləri, Çin, Seyşel adaları və Omandan olan şirkətləri və iş adamlarını hədəfə alıb.

Qərara əsasən, siyahıya daxil edilən şəxslərin aktivləri dondurulur, onlara maliyyə və iqtisadi resursların birbaşa və ya dolayısı ilə təqdim edilməsi qadağan olunur. Fiziki şəxslərin Aİ ərazisinə girişinə də qadağa tətbiq edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM