satellite   Azerspace-1: 11135 H 30000

Kiyev-Odessa avtomagistralına dron hücumu nəticəsində 3 nəfər ölüb

Kiyev-Odessa avtomagistralına dron hücumu nəticəsində 3 nəfər ölüb

Ukraynanın Kiyev vilayətinin Fastov rayonunda Rusiyanın Kiyev-Odessa magistral yoluna dron hücumu nəticəsində avtomobillər yanıb. İlkin məlumatlara görə, üç nəfər ölüb, dörd mülki şəxs yaralanıb.

NTV xəbər verir ki, bu barədə Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram” kanalında məlumat verib.

Hazırda hadisə yerində bütün təcili yardım xidmətləri işləyir. Ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Kiyev vilayətinin prokurorluğu bildirib ki, ilkin məlumatlara görə, Rusiya dronları Kiyev-Odessa magistral yolunun yaxınlığındakı Çabani kəndində yerləşən ticarət mərkəzinə dəyib. Burada itkilərin sayı dəqiqləşdirilir.

“Prokurorlar, təhlükəsizlik xidmətinin müstəntiqləri və digər təcili yardım xidmətləri hadisə yerində işləyir. Bu ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Prokurorluğun göstərişi ilə müharibə qanunlarının pozulması ilə bağlı məhkəməyəqədər araşdırma başlanıb”, - deyə regional prokurorluq əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM