satellite   Azerspace-1: 11135 H 30000

Sudanla Cənubi Sudan sərhədində bazara hücum nəticəsində 73 nəfər ölüb

Sudanla Cənubi Sudan sərhədində bazara hücum nəticəsində 73 nəfər ölüb

Sudanla Cənubi Sudan sərhədində yerləşən mübahisəli ərazidəki bazara PUA hücumu nəticəsində azı 73 nəfər ölüb.

NTV xəbər verir ki, bunu mübahisəli Abyey regionunun informasiya naziri İohan Akul Nacur “Reuters”ə açıqlamasında bildirib. Qeyd olunub ki, hücum dünən baş verib.

İohan Nacur bu hücumda Sudan ordusunu ittiham etsə də, bununla bağlı hər hansı sübut gətirməyib.

Xatırladaq ki, Abyey neftlə zəngin regiondur və hər iki dövlət tərəfindən müştərək idarə olunur. Region üzərində tam suverenlik uğrunda tərəflər arasında vaxtaşırı toqquşmalar baş verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM