Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-sentyabr aylarında 37 613 uşağa xidmətlər göstərilib.
Bu barədə NTV-yə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlardan əlilliyi olan 1746 uşaq stasionar, 22 457 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Bu kateqoriyaya aid uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.
