satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Ukraynaya “Patriot” raketlərinin tədarükünü təsdiqləməyib

ABŞ Ukraynaya “Patriot” raketlərinin tədarükünü təsdiqləməyib

ABŞ administrasiyası Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünü hələlik təsdiqləməyib.

NTV xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-nin müdafiə naziri Pit Heqset digər ölkələrdən Ukraynaya raketlərin ötürülməsi üçün tələb olunan təsdiq prosedurlarını tamamlamayıb. Qəzet qeyd edir ki, Pentaqon rəhbəri tədarükü birbaşa bloklamasa da, müvafiq icazəni də verməyib.

Söhbət ABŞ-də istehsal olunan və üçüncü ölkələrə satıldıqdan sonra başqa dövlətlərə ötürülməsi üçün Vaşinqtonun razılığını tələb edən sursatlardan gedir.

Xatırladaq ki, daha əvvəl CNN telekanalı Ukraynanın “Patriot” sistemləri üçün raket ehtiyatlarının tükəndiyini bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM