satellite   Azerspace-1: 11135 H 30000

Sədərək rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub - FOTOLAR

Sədərək rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub<font color=red> - FOTOLAR</font> Sədərək rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub<font color=red> - FOTOLAR</font> Sədərək rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub<font color=red> - FOTOLAR</font> Sədərək rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub<font color=red> - FOTOLAR</font> Sədərək rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub<font color=red> - FOTOLAR</font> Sədərək rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub<font color=red> - FOTOLAR</font> Sədərək rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub<font color=red> - FOTOLAR</font> Sədərək rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub<font color=red> - FOTOLAR</font> Sədərək rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub<font color=red> - FOTOLAR</font>

Oktyabrın 19-da Sədərək Rayon Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışının ölkənin qarşıdakı inkişaf mərhələsinin əsas prioritetlərini müəyyənləşdirdiyini bildirib. O, müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması, iqtisadi inkişafın davam etdirilməsi və milli-mənəvi dəyərlərin qorunmasının qarşıda duran əsas vəzifələr olduğunu vurğulayıb.

Çıxışda Sədərək rayonunda həyata keçirilən infrastruktur və abadlıq layihələri barədə də məlumat verilib. Bildirilib ki, 2024-cü ildə dövlət büdcəsindən ayrılmış 344 min 551 manat vəsait hesabına Dəmirçi kəndində ümumi uzunluğu 4,95 kilometr olan kənddaxili avtomobil yolları əsaslı təmir edilib. Heydərabad qəsəbəsində, Sədərək və Dəmirçi kəndlərində uşaq əyləncə qurğuları quraşdırılıb, rayonun yaşayış məntəqələrində təmir-bərpa və abadlıq işləri davam etdirilir.

Qeyd olunub ki, Dəmirçi kəndində ümumi dəyəri 5 milyon 669 min 642 manat olan içməli su şəbəkəsi 2024-cü ilin yanvar ayında istifadəyə verilib. Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərində ümumi dəyəri 7.6 milyon manat olan su təchizatı və kanalizasiya sistemlərinin qurulması istiqamətində də işlər aparılır. Həmçinin Dəmirçi kəndində yolların işıqlandırılması, Sədərək Rayon Şəhidlər Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlərin 2027-ci ildə həyata keçirilməsi nəzərdə tutulur.

Daha sonra Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon Vətəndaş Qəbulu Şöbəsinin müdiri Sahil Abdullayev, Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə, Sədərək Rayon Statistika İdarəsinin rəisi Anar Fətullayev və Sədərək kənd 1 nömrəli tam orta məktəbin direktoru Ayaz Əliyev çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələr, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, təhsilin inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi və milli-mənəvi dəyərlərin qorunması məsələlərinə toxunulub.
Müşavirəyə yekun vuran Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışının ölkənin gələcək inkişaf istiqamətlərini və qarşıda duran strateji vəzifələri müəyyənləşdirdiyini bildirib. Vurğulanıb ki, əldə olunmuş nailiyyətlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi və milli təhlükəsizliyin gücləndirilməsi bütün dövlət qurumlarından məsuliyyətli və nəticəyönümlü fəaliyyət tələb edir.

Səlahiyyətli nümayəndə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində, ərazi bütövlüyünün və suverenliyinin bərpasında, eləcə də regionda yeni reallıqların formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, D-8 təşkilatına üzvlüyü və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi ölkəmizin artan nüfuzunun göstəriciləri kimi dəyərləndirilib.

Çıxışda iqtisadi və enerji təhlükəsizliyi, investisiyaların cəlbi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və sosial rifahın yüksəldilməsi məsələlərinə də toxunulub. Bildirilib ki, Azərbaycanın təsdiqlənmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatları isə 3 trilyon kubmetr həcmindədir. Azərbaycan qazını alan ölkələrin sayının 16-ya çatması, onlardan 10-nun Avropa İttifaqına üzv olması ölkəmizin beynəlxalq enerji təhlükəsizliyindəki rolunu göstərir. Tranzit yükdaşımalarının orta müddətdə 30 milyon tona çatdırılması hədəfinin və Zəngəzur dəhlizinin imkanlarının Azərbaycanın nəqliyyat qovşağı kimi mövqeyini daha da gücləndirəcəyi vurğulanıb.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf göstəricilərinə diqqət çəkən Ceyhun Cəlilov ümumi daxili məhsulun 3,5 faiz artdığını bildirib. Qeyd olunub ki, sənaye məhsulu istehsalı 7,2 faiz artaraq 412 milyon manata, kənd təsərrüfatı məhsullarının istehsalı 4,7 faiz artaraq 319 milyon manata çatıb. Əsas kapitala yönəldilən investisiyalar 37 faiz artaraq 238 milyon manat, qeyri-dövlət sektoruna investisiyalar 43 faiz artaraq 137 milyon manat, məhsul istehsalı sahələrinə yönəldilən investisiyalar isə 2,3 dəfə artaraq 116 milyon manat təşkil edib.

Bildirilib ki, əhalinin banklardakı əmanətləri 46 faiz artaraq 48 milyon manata, pərakəndə ticarət dövriyyəsi 2,6 faiz artaraq 1,14 milyard manata yüksəlib. Xarici ticarət dövriyyəsi 67 faiz artaraq 156 milyon ABŞ dollarına çatıb, ixracın 2,8 dəfə artması muxtar respublikanın iqtisadi imkanlarının genişləndiyini göstərib.
Səlahiyyətli nümayəndə Naxçıvanın sosial-iqtisadi inkişafına, sənaye və enerji infrastrukturunun yenilənməsinə, su təminatının yaxşılaşdırılmasına, kənd təsərrüfatı və turizmin inkişafına dair dövlət proqramlarının yaratdığı imkanlardan səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, əsas məqsəd bu imkanları yeni istehsal sahələrinə, dayanıqlı məşğulluğa və əhalinin gəlirlərinin artmasına çevirməkdir.

Ceyhun Cəlilov müasir dövrdə milli təhlükəsizliyin yalnız hərbi güclə məhdudlaşmadığını, informasiya və ideoloji təhlükəsizliyin, kibertəhlükəsizliyin, dezinformasiya və təxribat cəhdlərinə qarşı mübarizənin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Bu baxımdan, təhsil və maarifləndirmə işinin gücləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dövlət siyasəti və ölkədə gedən proseslər barədə həqiqətlərin əhaliyə düzgün çatdırılması vacib vəzifələr kimi qeyd olunub.
Səlahiyyətli nümayəndə yerli icra nümayəndəliklərinin və bələdiyyələrin ailələrlə birbaşa əlaqələrinin gücləndirilməsinin, vətəndaşların müraciət və problemlərinə həssas yanaşılmasının, zəruri hallarda hüquqi, psixoloji və sosial dəstəyin göstərilməsinin əhəmiyyətini vurğulayıb. Təhsil müəssisələrinin uşaqların təhsil hüququnun qorunması və valideynlərlə maarifləndirici işin aparılması istiqamətində məsuliyyəti diqqətə çatdırılıb. Bütün tədbirlərin qanunvericiliyin tələblərinə uyğun, vətəndaşların hüquq və qanuni mənafeləri qorunmaqla həyata keçirilməli olduğu bildirilib.

Sonda Ceyhun Cəlilov Prezident İlham Əliyevin qurultayda müəyyənləşdirdiyi vəzifələrin icrasının hər bir dövlət qurumundan, partiya üzvündən və vətəndaşdan məsuliyyətli yanaşma tələb etdiyini qeyd edib. Vurğulanıb ki, qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss olunmalı, ayrılan vəsaitlər səmərəli istifadə edilməli, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və Naxçıvanın davamlı inkişafı naminə bütün imkanlar səfərbər olunmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM