satellite   Azerspace-1: 11135 H 30000

Kolumbiyada qızıl mədəni çöküb, ölənlər var

Kolumbiyada qızıl mədəni çöküb, ölənlər var

Kolumbiyanın cənub-qərbində yerləşən qanunsuz qızıl mədəni çöküb, nəticədə 9 nəfər ölüb.

NTV  xəbər verir ki, bu barədə Narino Departamentinin Sülh və İnsan Hüquqları katibi Aleks Qonsales “Caracol” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, mədənin çökməsi nəticəsində bir neçə işçi dağıntılar altında qalıb. Çətin relyef və təhlükəsizlik problemlərinə baxmayaraq, ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.

Telekanalın məlumatına görə, ölənlərin sayının 12-15 nəfərə çatacağı ehtimal olunur.

Hadisə Narino departamentinin Santa Barbara bələdiyyəsində yerləşən qanunsuz qızıl mədənində baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM