satellite   Azerspace-1: 11135 H 30000

Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb

Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb

Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb.

NTV İSNA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda rusiyalı həmkarı Sergey Lavrovla görüşü ilə bağlı sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, İranla Rusiya arasında münasibətlər, iqtisadi və nüvə sahələrində əməkdaşlıq görünməmiş səviyyədədir:

"Biz Avropadan Qərbi Asiyayadək, o cümlədən Livan, Fələstin, Ukrayna və Yəmən də daxil olmaqla, geniş spektrli məsələləri müzakirə etdik. Həmçinin iqtisadi və nüvə sahələrində əməkdaşlığın genişləndirilməsinə diqqət yetirdik".

Qeyd edək ki, Sergey Lavrov oktyabrın 19-da Tehrana gedib. O, İran Prezidenti Məsud Pezeşkianla da görüşüb, müzakirələr aparıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM