İlon Mask 2026-cı il ABŞ aralıq seçkilərinə hazırlıq məqsədilə təxminən 366 milyon dollar ayırıb. Bu məbləğin 276 milyon dolları iyul ayından bəri Konqresdə əksəriyyətini qorumaq istəyən Respublikaçılar partiyasını dəstəkləmək üçün yönəldilib. Bu arada, Demokratların Nümayəndələr Palatasına və Senata nəzarəti bərpa etmək şansları artıb.
NTV “Reuters”ə istinadla xəbər verir ki, bu rəqəmlər seçkiqabağı kampaniyanın maliyyələşdirilməsi hesabatlarında yer alıb. Maskın xərcləri əvvəllər “The New York Times” qəzetində dərc olunmuşdu. Məlumata görə, o, builki seçkilərdə ən böyük siyasi donor ola bilər.
Seçkinin nəticəsi Mask üçün xüsusilə əhəmiyyətlidir. Nümayəndələr Palatasının Demokratları Maskın “SpaceX” aerokosmik şirkətinin baş direktoru kimi rolu nəzərə alınmaqla, onun hökumət müqavilələri ilə bağlı araşdırma aparılmasını istəyirlər. Onlar, həmçinin milyarderin Prezident Donald Trampın ofisinin nəzdində Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri kimi fəaliyyətinin araşdırılmasını tələb edirlər.
