Fransada sentyabr ayından bəri davam edən şagird etirazları zamanı təhsil müəssisələrinin 150-yə yaxın əməkdaşı yaralanıb.
NTV xəbər verir ki, bu barədə Fransa mediası ölkənin Təhsil Nazirliyinə istinadən məlumat yayıb.
"Hərəkat başlayandan bəri xəsarət alan milli təhsil sistemi əməkdaşlarının sayı 147-yə çatıb. Bugünkü sosial tətildə müəllimlərin iştirak səviyyəsi 4,52 % təşkil edir", – məlumatda bildirilib.
Təkcə dünən 20 nəfər yaralanıb, onlardan 5-i təhsil müəssisələrinin direktorlarıdır.
Daha əvvəl hərəkat iştirakçıları arasında etirazları dayandırmamaq və oktyabrın 13-də 200 minədək insanın iştirakı gözlənilən kütləvi nümayişlərə qoşulmaqla bağlı çağırışlar səslənirdi.
Qeyd edək ki, bu gün Qreta Tunberq etirazçılara qoşulub.
