satellite   Azerspace-1: 11135 H 30000

Aİ İtaliyaya SAFE proqramı çərçivəsində 8 milyard avrodan çox kredit ayırıb

Aİ İtaliyaya SAFE proqramı çərçivəsində 8 milyard avrodan çox kredit ayırıb

Avropa Komissiyası (AK) müdafiə xərclərinin kreditləşdirilməsi üzrə SAFE Avropa proqramı çərçivəsində İtaliyanın 8 milyard avrodan çox məbləğdə yenilənmiş planını təsdiqləyib.

NTV xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə AK-nin nümayəndəsi Toma Renye bildirib.

"Aİ Şurası İtaliyanın planının yenilənmiş versiyasını təsdiqləməlidir, bundan sonra biz İtaliya hökumətinə ilkin 15 %-i köçürə bilmək üçün kredit sazişinin imzalanmasına başlayacağıq", - Renye deyib.

AK-nın nümayəndəsi İtaliyanın müdafiə sənayesinin Avropadakı rolunu nəzərə alaraq planın təsdiqlənməsinin vacibliyini vurğulayıb.

Bu arada İspaniya SAFE çərçivəsində 1 milyard avro məbləğində kredit sazişi imzalayıb.

Müdafiə və kosmos üzrə Avropa komissarı Andryus Kubilyusun sözlərinə görə, vəsaitlər xidmət şəraitinin modernləşdirilməsinə, İspaniya silahlı qüvvələrinin hazırlığına və təchizatına, yeni müdafiə və çəkindirmə sistemlərinin alınmasına, eləcə də İspaniya silahlı qüvvələrinin Aİ üzrə tərəfdaşlarla uyğunluğunun artırılmasına yönəldiləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM