satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 37 %-dən çox artıb

Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 37 %-dən çox artıb

 

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 238,2 milyon manat vəsait yönəldilib.

Bu barədə NTV-yə Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,4 % çoxdur.

Ötən 9 ayda investisiya qoyuluşunun 48,9 %-i məhsul istehsalı sahələrinə, 11,4 %-i xidmət sahələrinə, 39,7 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala vəsait qoyuluşunun 198,5 milyon manatı və yaxud 83,3 %-i tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 1 il əvvələ nisbətən 41,9 % çoxdur.

Xatırladaq ki, 8 ay ərzində Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,9 % çoxdur. O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 3,1 % artaraq 9 milyard 813,4 milyon manat təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM