satellite   Azerspace-1: 11135 H 30000

Tramp Si Cinpinlə görüşdə ticarət və süni intellekt məsələlərini müzakirə edəcək

Tramp Si Cinpinlə görüşdə ticarət və süni intellekt məsələlərini müzakirə edəcək

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Çin Xalq Respublikasının sədri Si Cinpinlə keçirəcəyi danışıqlar zamanı ticarət əlaqələri, nadir torpaq elementlərinin tədarükü, süni intellektin inkişafı və qlobal iqtisadiyyatın vəziyyətini müzakirə etməyi planlaşdırır.

NTV xəbər verir ki, bu barədə "Reuters" ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Tramp sentyabrın 23-də Çin liderini qarşılamaq üçün Vaşinqtonun ətrafındakı Endryus hərbi bazasına şəxsən getməyi planlaşdırır. Bu, ABŞ prezidentləri üçün qeyri-adi protokol jesti hesab olunur.

"Bloomberg" agentliyinin jurnalisti Hiba Nəsr "X" sosial şəbəkəsində iki ölkə liderinin ikitərəfli görüşünün sentyabrın 24-də Ağ Evdə keçiriləcəyini yazıb.

Danışıqlardan əvvəl ABŞ Prezidenti və Çin sədri Ağ Evin Gül bağında fəxri qarovul dəstəsinə baxış keçirəcəklər. Həmin axşam isə ABŞ prezidentinin iqamətgahında rəsmi qəbul təşkil olunacaq.

Sentyabrın 25-də Tramp və Si Cinpin ABŞ Milli Arxivinin binasına birgə səfər edəcəklər.

"Reuters" qeyd edir ki, səfər çərçivəsində müzakirə olunması gözlənilən əsas məsələlər arasında ticarət, nadir torpaq metallarının tədarükü, qlobal iqtisadiyyat və süni intellekt yer alır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM