satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə məktəblərə hücumlar planlaşdıran mütəşəkkil cinayətkar dəstə ifşa edilib

Türkiyədə məktəblərə hücumlar planlaşdıran mütəşəkkil cinayətkar dəstə ifşa edilib

Türkiyənin Daxili İşlər Nazirliyi tədris ilinin ilk günü – sentyabrın 14-də ölkənin üç vilayətində məktəblərə hücumlar planlaşdıran C31K mütəşəkkil cinayətkar dəstəsinin üzvlərinin saxlanılması məqsədilə genişmiqyaslı əməliyyat keçirildiyini açıqlayıb.

NTV xəbər verir ki, 22 vilayətdə axtarışda olan 32 nəfərdən 27-si saxlanılıb. Onlardan 19-u müxtəlif hüquq pozuntuları ilə bağlı araşdırmalarda artıq adı keçən yetkinlik yaşına çatmayan şəxslərdir.

Prokurorluğun məlumatına görə, mütəşəkkil cinayətkar dəstənin üzvləri “Telegram”, “Discord”, “X” və “YouTube” platformalarında fəal ünsiyyət qurub, o cümlədən əxlaqsız videolar, habelə milli və mənəvi dəyərləri təhqir edən məzmunlar, o cümlədən Türkiyə bayrağının yandırılması və heyvanlarla qəddar rəftar görüntüləri yayıblar.

Bundan əlavə, C31K-nın onlayn qruplarında zorakılığa təhrik edən, hədələyici, şantaj xarakterli, təhqiramiz, qorxu və təşviş yaradan foto və videolar yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM