satellite   Azerspace-1: 11135 H 30000

Macarıstan əhalisi əsrin sonunadək 7,4 milyon nəfərə qədər azala bilər

Macarıstan əhalisi əsrin sonunadək 7,4 milyon nəfərə qədər azala bilər

Macarıstanın əhalisinin əsrin sonunadək əhəmiyyətli dərəcədə azalacağı proqnozlaşdırılır.

NTV xəbər verir ki, BMT-nin əhali proqnozuna əsasən, ölkədə hazırda təxminən 9,6 milyon nəfər yaşayır və bu göstəricinin 2100-cü ilədək 7,4 milyona enməsi mümkündür. Bu, təxminən 2,2 milyon nəfərlik azalma deməkdir.

Demoqrafik geriləmə əsasən doğum səviyyəsinin aşağı düşməsi və əhalinin qocalması ilə əlaqələndirilir. Macarıstanda təbii əhali artımı uzun müddətdir mənfi göstəricilərlə xarakterizə olunur. Aşağı doğum səviyyəsi əmək qabiliyyətli insanların sayının azalmasına, pensiya və səhiyyə sistemləri üzərində yükün artmasına səbəb ola bilər.

Avropanın digər ölkələri də oxşar demoqrafik problemlərlə üzləşirlər. Mütəxəssislər hesab edirlər ki, miqrasiya əhali azalmasının müəyyən dərəcədə qarşısını ala bilər. Bununla yanaşı, ailələrə dəstək tədbirlərinin gücləndirilməsi, doğum səviyyəsinin artırılması və iqtisadi sistemlərin daha yaşlı əhaliyə uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır.

Ekspertlər vurğulayırlar ki, mövcud tendensiyalar dəyişməzsə, Macarıstan qarşıdakı onilliklərdə daha kiçik və yaşlı cəmiyyətə çevrilə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM