satellite   Azerspace-1: 11135 H 30000

Çində yüzlərlə metr dərinlikdə dinozavr fosili tapılıb

Çində yüzlərlə metr dərinlikdə dinozavr fosili tapılıb

Çinin Daxili Monqolustan Muxtar Bölgəsində mis ehtiyatlarının tədqiqi zamanı yerin 473,2 metr dərinliyində dinozavr fosili aşkarlanıb.

NTV Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, fosil 2023-cü ildə qazma nüvəsinin içərisində, təxminən 120 milyon il əvvələ aid Bayan Qobi Formasiyasının geoloji təbəqəsində tapılıb.

Tədqiqatçılar nümunənin qabırğa hissəsi, dörd quyruq fəqərəsi və digər sümüklərdən ibarət olduğunu bildiriblər. Sümüklərin tam birləşməməsi dinozavrın öldüyü zaman cavan olduğunu göstərir.

Alimlərin fikrincə, fosilin quyruq sümükləri Erkən Təbaşir dövründə yaşamış, əsasən bitkilərlə qidalanan “Psittacosaurus” cinsinə bənzəyir. Lakin nümunənin məhdud olması səbəbindən onun konkret hansı cins və ya növə aid olduğu müəyyən edilməyib.

Mütəxəssislər qazma nüvəsində dinozavr fosilinin aşkarlanmasını nadir hadisə hesab edir və tapıntının bölgədə yaşamış dinozavrların müxtəlifliyi barədə yeni məlumatlar verdiyini qeyd edirlər. Fosilin Daxili Monqolustan Təbiət Tarixi Muzeyində nümayiş etdirilməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM