satellite   Azerspace-1: 11135 H 30000

Pakistanın şimal-qərbində 5 terrorçu öldürülüb

Pakistanın şimal-qərbində 5 terrorçu öldürülüb

Pakistanın Xayber-Paxtunxva əyalətində keçirilən polis əməliyyatı zamanı İŞİD-in Xorasan vilayətinə mənsub olduğu bildirilən beş terrorçu öldürülüb.

NTV Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyat Peşəvər yaxınlığındakı Şamşato ərazisində terrorçuların olması barədə kəşfiyyat məlumatı əsasında keçirilib. Bildirilib ki, terrorçular məscid və kilsələrə qarşı hücumlar, həmçinin intiharçı partlayışları və hədəfli qətllər planlaşdırıblar.

Əməliyyat zamanı silah-sursat, iki əl qumbarası və əldəqayırma partlayıcı qurğu aşkarlanıb. Ərazidə axtarış əməliyyatı davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM