satellite   Azerspace-1: 11135 H 30000

Qırğızıstanda ilk robot cərrahiyyə sistemi təqdim olunub

Qırğızıstanda ilk robot cərrahiyyə sistemi təqdim olunub

Qırğızıstanda ilk robot cərrahiyyə sistemi təqdim olunub. Avadanlıq Qırğızıstan Dövlət Tibb Akademiyasında nümayiş etdirilib.

NTV Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaxın vaxtlarda akademiyanın klinikasında robotun köməyi ilə əməliyyatlara başlanılması planlaşdırılır.

Səhiyyə naziri Damir Osmanov sistemi şəxsən sınaqdan keçirib. O bildirib ki, robot əməliyyatı müstəqil həyata keçirmir, bütün prosesə cərrah nəzarət edir. Sistem cərrahi sahəni 10-15 dəfə böyüdərək göstərir və həkimə kiçik kəsiklər vasitəsilə daha dəqiq əməliyyat aparmağa imkan verir. Bu texnologiyanın xüsusilə dərin və çətin nahiyələrdə aparılan əməliyyatlarda faydalı olacağı bildirilir.

Nazirin sözlərinə görə, bu il Milli Ana və Uşaq Sağlamlığı Mərkəzi üçün daha bir robot cərrahiyyə sisteminin alınması da planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM