Gürcüstan son 10 ildə neft məhsulları idxalını xeyli artırıb.
NTV xəbər verir ki, Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyi ölkənin son 10 ildəki neft məhsulları idxalı ilə bağlı illik göstəricilərini açıqlayıb.
Məlumatda deyilir ki, ölkə neft məhsulları idxalını tədricən artırmağa davam edir. 2015-ci ildən 2025-ci ilə qədər olan 11 il ərzində idxal 1,04 milyon tondan 1,8 milyon tonadək artıb. Ən böyük artın 2024-cü ildə olub – 1,5 milyon ton.
Proqnozlara görə, qarşıdakı illərdə bu rəqəm daha da artacaq.
Qeyd edək ki, bu illər ərzində Gürcüstan neft və neft məhsullarını ən böyük həcmdə Rusiyadan idxal edib. Siyahıda sonrakı yerlərdə Rumıniya, Bolqarıstan, Azərbaycan və Türkiyə gəlir.
