satellite   Azerspace-1: 11135 H 30000

Britaniyanın dövlət borcu 3 trilyon funt sterlinqə yaxınlaşıb

Britaniyanın dövlət borcu 3 trilyon funt sterlinqə yaxınlaşıb

Böyük Britaniyada sosial ödənişlərə çəkilən xərclərin artması fonunda dövlət borcu 3 trilyon funt sterlinq həddinə yaxınlaşıb.

NTV “The Telegraph”a istinadla xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara əsasən, iyul ayında dövlət borcunun ümumi həcmi 2,98 trilyon funt sterlinqə çatıb. Ötən ay dövlət büdcəsində vergi daxilolmaları ilə xərclər arasında 1,8 milyard funt sterlinq kəsir yaranıb.

Məlumata görə, sosial müavinət ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz və ya 2 milyard funt sterlinq artaraq 30 milyard funta yüksəlib. Dövlət borcuna xidmət üzrə xərcləri isə iyul ayında 7,7 milyard funt təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə təxminən 10 faiz çoxdur. Cari maliyyə ilində hökumətin vergi daxilolmaları ilə dövlət xərcləri arasındakı fərqi qarşılamaq üçün ümumilikdə 56,7 milyard funt sterlinq borclandığı bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM