satellite   Azerspace-1: 11135 H 30000

Dünyanın ən yaşlı insanı 117 yaşını qeyd edir

Dünyanın ən yaşlı insanı 117 yaşını qeyd edir

Dünyanın ən yaşlı insanı hesab olunan Etel Katerhem 117 yaşını qeyd edir.

NTV “The Telegraph”a istinadla xəbər verir ki, 1909-cu ildə, Kral VII Eduardın hakimiyyəti dövründə anadan olan Etel Katerhem hazırda İngiltərənin Surrey qraflığında qocalar evində yaşayır. O, 117-ci doğum gününü ailəsi və dostları ilə birlikdə qeyd edir. Etel Katerhem ad günü münasibətilə ünvanlanan təbriklərə görə təşəkkürünü bildirib.

Etel Katerhem 2025-ci ilin aprelində 116 yaşlı braziliyalı rahibə İnah Kanabarro Lukasın vəfatından sonra dünyanın ən yaşlı yaşayan insanı olub. Kral III Çarlz ötən ilin sentyabrında, onun 116-cı doğum günündən qısa müddət sonra Etel Katerhemi ziyarət edib. Görüş zamanı o, Kralın 21 yaşında olduğu 1969-cu ildə Uels Şahzadəsi elan edilməsi mərasimini xatırladaraq həmin vaxt bütün qızların ona aşiq olduğunu və onunla evlənmək istədiyini söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM