satellite   Azerspace-1: 11135 H 30000

“Könüllülər koalisiyası” üzvlərinin növbəti görüşü avqustun 24-də olacaq

“Könüllülər koalisiyası” üzvlərinin növbəti görüşü avqustun 24-də olacaq

Ukraynaya dəstək məqsədilə yaradılmış “Könüllülər koalisiyası”nın üzvləri avqustun 24-də yenidən görüşəcəklər.

NTV  Almaniyanın “Rheinische Post” qəzetinə istinadla bildirir ki, Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın yeni Baş naziri Endi Börnham Ukraynaya gələcək dəstək tədbirlərini müzakirə etmək üçün görüşə birgə ev sahibliyi edəcəklər. NATO görüşdə Baş katibin müavini Radmila Şekerinskanın videobağlantı vasitəsilə iştirakı ilə təmsil olunacaq. Görüşün yeri barədə hələlik məlumat verilməyib.

Görüşdə Ukraynaya hərbi və digər dəstəyin davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

“Könüllülər koalisiyası” Ukraynanın dəstəklənməsi məqsədilə Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə yaradılıb. Təşəbbüs Donald Trampın Amerika Birləşmiş Ştatlarının Prezidenti seçilməsindən sonra ilkin mərhələdə Ukraynadan uzaqlaşması fonunda irəli sürülüb. Hazırda koalisiyaya əsasən Avropa ölkələrindən olmaqla 37 dövlət daxildir. Koalisiyanın dövlət və hökumət başçılarının sonuncu görüşü iyulun ortalarında Parisdə keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM