Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl Böyük Britaniyaya qayıtdıqdan sonra aktrisalıq karyerasını davam etdirə bilər.
NTV BBC-yə istinadla xəbər verir ki, Sasseks ailəsinə yaxın mənbələr Meqan Markla Böyük Britaniyadan aktyorluq təklifi gəldiyini təkzib etməyiblər.
Məlumata görə, Şahzadə Harri və Meqan Marklın Böyük Britaniyaya qayıtmaq qərarının səbəblərindən biri hersoginyaya yeni layihələrdən birində rol təklif edilməsidir. Lakin rol və layihə barədə hələlik dəqiq təfərrüat verilməyib. Sasseks hersoqu və hersoginyasının avqustun sonunadək Böyük Britaniyaya qayıdacağı, övladlarının isə sentyabrda burada məktəbə başlayacağı gözlənilir.
Meqan Markl aktrisa kimi daha çox ABŞ istehsalı olan “Suits” hüquq dramındakı Reyçel Zeyn rolu ilə tanınır. Serialın yeddi mövsümündə çəkilən Markl sonuncu dəfə 2018-ci ildə ekranlarda görünüb. O, Şahzadə Harri ilə ailə qurduqdan sonra aktyorluq karyerasına fasilə verib. Həmin vaxt BBC-yə müsahibə verən Meqan sənətdən uzaqlaşmasını itki kimi deyil, həyatının yeni mərhələsi kimi qiymətləndirdiyini bildirmişdi.
