satellite   Azerspace-1: 11135 H 30000

İsveçin ən qədim məscidi 50 illiyini qeyd edir

İsveçin ən qədim məscidi 50 illiyini qeyd edir

İsveçin Höteborq şəhərində yerləşən, İslam memarlığı qaydalarına uyğun olaraq günbəz və minarə ilə inşa edilmiş ölkənin ən qədim Nasir məscidi 50 illiyini qeyd edir.

NTV  xəbər verir ki, tədbir açıq qapı günü formatında keçiriləcək. Lakin yubileyin qeyd olunması ölkədə seçkiqabağı kampaniyanın getdiyi, İslam mövzusunun isə siyasi müzakirələrdə getdikcə daha çox gündəmə gətirildiyi dövrə təsadüf edir.

Məscid 1976-cı il avqustun 20-də Əhmədiyyə icması tərəfindən istifadəyə verilib və hazırda onun təxminən 600 fəal üzvü var. İmam Ağa Yəhya Xanın sözlərinə görə, yarım əsr ərzində müsəlman icması öz dini ayinlərini sərbəst şəkildə icra etmək və cəmiyyətlə açıq dialoq aparmaq imkanı qazanıb. Yubileyi qeyd edərkən qonşulara müsəlmanların ənənəvi olaraq təqdim etdiyi xurma əvəzinə, südlü şokolad ilə birlikdə dəvət göndəriləcək.

İcma nümayəndələri bildirirlər ki, son illər İsveçdə islamla bağlı siyasi ritorika xeyli sərtləşib. Xristian Demokratların lideri Ebba Buş niqab taxılmasının qadağan edilməsini müdafiə edir, İsveç Demokratlarının lideri Yimmi Okesson məscidlərin sökülməsini təklif edib, həmin partiyanın nümayəndəsi Riçard Yomshof isə müsəlmanları öz dinlərindən imtina etməyə çağırıb.

Eyni zamanda, onlar vurğulayırlar ki, ölkə sakinlərinin əksəriyyəti müsəlmanlara qarşı xoş münasibətini qoruyub saxlayır, yaranan qərəzlər isə çox vaxt dezinformasiya və qarşılıqlı anlaşılmazlıqla bağlı olur.

Məsciddə mütəmadi olaraq dinlərarası görüşlər keçirilir və bu görüşlər Yaxın Şərqdə baş verən hadisələrdən sonra da davam edib. İcma nümayəndələrinin sözlərinə görə, belə dialoq onların fəaliyyətinin mühüm hissəsi olaraq qalır və müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmətin möhkəmlənməsinə dəstək olur.

Bununla belə, müsəlmanlar, xüsusilə hicab taxan qadınlar ictimai yerlərdə getdikcə daha çox tənqid və mənfi şərhlərlə üzləşdiklərini etiraf edirlər. Buna baxmayaraq, icma özünün “Hamıya sevgi, heç kimə nifrət” prinsipinə bundan sonra da sadiq qalmaq niyyətində olduğunu vurğulayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM