satellite   Azerspace-1: 11135 H 30000

Çexiyada ilk dəfə külək turbini aşıb

Çexiyada ilk dəfə külək turbini aşıb

Çexiyanın Přerov vilayətində 30 metr hündürlüyündə külək elektrik qurğusu aşıb.

NTV  xəbər verir ki, bu, ölkə tarixində külək turbininin bu cür qəza nəticəsində dağılması ilə bağlı ilk hadisədir. Hadisə Potştat şəhəri yaxınlığında baş verib. Məlumata görə, qurğu tamamilə yerə düşüb, insident nəticəsində xəsarət alan olmayıb.

Yerli hakimiyyət orqanları hadisə barədə məlumat yayıb. Hazırda qəzanın səbəbləri araşdırılır.

Mütəxəssislərin fikrincə, külək turbinlərinin konstruksiyaları güclü küləklərə və digər hava şəraitinə davamlı şəkildə layihələndirilir. Buna görə də belə qəza nadir hal hesab olunur. Hadisə ərazidə təhlükəsizlik tədbirlərinin görülməsinə və qurğunun ətrafının müvəqqəti nəzarətə götürülməsinə səbəb olub.

Mütəxəssislər, həmçinin turbinin texniki vəziyyətinin və konstruksiyasının ətraflı yoxlanılacağını bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM