satellite   Azerspace-1: 11135 H 30000

ÜST Avropada artan istilik təhlükəsi ilə bağlı bəyanatla çıxış edib

ÜST Avropada artan istilik təhlükəsi ilə bağlı bəyanatla çıxış edib

Avropanın beş ölkəsindən əldə edilən məlumatlar göstərir ki, bu yay istilərdən təxminən 10 min əlavə ölüm qeydə alınıb.

NTV xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional ofisi həddindən artıq istinin artan sağlamlıq problemi olduğu barədə xəbərdarlıq edib, səyahətçiləri və hökumətləri daha hazırlıqlı olmağa çağırıb.

Ofis mətbuat açıqlamasında Avropanı ən intensiv istiləşən qitə adlandırıb və temperaturun qlobal orta göstəricidən təxminən iki dəfə sürətlə artdığını bildirib. Bəyanatda qeyd olunub ki, ölümcül yüksək temperatur səhiyyə və sosial xidmətlər də daxil olmaqla həyati əhəmiyyətli sahələrə əlavə təzyiq yaradır.

ÜST-nin regional direktoru Hans Henri Klyuge bildirib ki, son dörd ildə regionda istilik dalğaları 200 mindən çox insanın həyatına son qoyub və axırıncı iki onillikdə istidən ölüm halları 30 faiz artıb.

Təşkilatın Avropa üzrə Regional ofisi ölkələrin regionda təkrarlanan iqlim böhranına hazır olmaları, adekvat reaksiya vermələri və adaptasiyaya kömək etmələri üçün bir sıra ictimai səhiyyə vasitələri və tövsiyələr hazırlayıb. Qəbul edilən tədbirlərə istilik dalğaları və meşə yanğınları ilə bağlı texniki rəhbərlik və resurs paketi, həmçinin istilik-sağlamlıq fəaliyyət planları üzrə yeni təlimat daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM