satellite   Azerspace-1: 11135 H 30000

Pakistanın şimal-qərbində əməliyyat zamanı 24 silahlı öldürülüb

Pakistanın şimal-qərbində əməliyyat zamanı 24 silahlı öldürülüb

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində keçirilən təhlükəsizlik əməliyyatları zamanı 24 silahlı öldürülüb.

NTV xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb. Bildirilib ki, kəşfiyyata əsaslanan əməliyyatlar qadağan olunmuş “Təhrik-e Taliban Pakistan” qruplaşmasının hücumlarının artmasından sonra həyata keçirilib.

Bildirilib ki, öldürülən şəxslərin təhlükəsizlik qüvvələri və mülki şəxslərə qarşı çoxsaylı hücumlarda iştirak etdiyi ehtimal olunur. Əməliyyat zamanı silah və sursat da aşkarlanıb.

Pakistan ordusu bölgədə əməliyyatların davam etdiriləcəyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM