Gürcüstanda səfərdə olan Türkmənistan nümayəndə heyətləri ilə birlikdə genişformatlı görüş keçirtdik. Görüş çərçivəsində Gürcüstan-Türkmənistan ticarət-iqtisadi əlaqələrinin daha da dərinləşdirilməsinə diqqət yetirildi.
NTV xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşdən sonra keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, əsas diqqət Gürcüstan və Türkmənistan arasında ticarət və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə yönəldilib. Qeyd edilib ki, iki ölkə arasında ticarətin artırılması və müxtəlif məhsulların ixracının təşviqi baxımından əhəmiyyətli potensial mövcuddur.
"Biz, həmçinin nəqliyyat və logistika əlaqələrinin inkişaf perspektivlərini müzakirə etdik. Görüşdə Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun - Orta Dəhlizin inkişafının vacibliyinə və bu istiqamətdə, o cümlədən əlavə yüklərin cəlb edilməsi baxımından səylərin gücləndirilməsinin vacibliyinə xüsusi diqqət yetirildi”, - deyə Baş nazir bildirib.
