satellite   Azerspace-1: 11135 H 30000

Uqandada məktəb avtobusunun qəzaya uğraması nəticəsində 21 nəfər həlak olub

Uqandada məktəb avtobusunun qəzaya uğraması nəticəsində 21 nəfər həlak olub

Uqandanın şərqindəki Kapçorva rayonunda məktəb avtobusunun qəzaya uğraması nəticəsində 21 nəfər həlak olub, 60-dan çox şagird isə xəsarət alıb.

NTV Uqanda mediasına istinadla xəbər verir ki, qəza şagirdlərin təlim səfərindən qayıdarkən baş verib. İlkin məlumata görə, qəzaya səbəb avtobusda texniki nasazlığın yaranması olub.

Yaralılar Kapçorva Baş Xəstəxanasına və digər tibb müəssisələrinə yerləşdirilib, ağır vəziyyətdə olan bir neçə şagird isə Mbale Regional Xəstəxanasına göndərilib.

Polis qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM