ABŞ-nin İranın Bəndər Xomeyni şəhərinə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb.
NTV xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, hücum zamanı daha 9 nəfər yaralanıb. Xilasetmə və təcili tibbi yardım xidmətləri hadisə yerində fəaliyyətini davam etdirir.
Bildirilib ki, zərbələr nəticəsində iki körpüyə ziyan dəyib. Bəndər Abbas–Lar avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudiyyətlərlə bərpa olunub və sürücülərə həmin marşrutdan istifadə etməmələri tövsiyə edilib.
