satellite   Azerspace-1: 11135 H 30000

ÜST: Konqo Demokratik Respublikasında “Ebola” epidemiyası sürətlə yayılır

ÜST: Konqo Demokratik Respublikasında “Ebola” epidemiyası sürətlə yayılır

Konqo Demokratik Respublikasında “Ebola” epidemiyası əvvəlki epidemiyalarla müqayisədə daha sürətlə yayılır.

NTV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, may ayının ortalarından başlayan epidemiya nəticəsində 2073 yoluxma halı qeydə alınıb, 796 nəfər həyatını itirib.

Qebreyesus qeyd edib ki, bu, tarixdə qeydə alınan üçüncü ən böyük “Ebola” epidemiyasıdır və son bir ay ərzində əvvəlki bütün epidemiyalardan daha sürətlə yayılıb.

ÜST rəhbəri bildirib ki, 2018-ci ildə Konqo Demokratik Respublikasında baş verən “Ebola” epidemiyası zamanı 2000 təsdiqlənmiş yoluxma həddinə çatmaq üçün 10 aydan çox vaxt tələb olunmuşdu. 2018-2020-ci illərdə ölkədə qeydə alınan ən ağır epidemiyada isə təxminən 3500 yoluxma halından 2300-ü ölümlə nəticələnmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM