satellite   Azerspace-1: 11135 H 30000

Peskov: Rusiya Ukrayna münaqişəsinin həllində vasitəçilik səylərinə görə Türkiyəyə minnətdardır

Peskov: Rusiya Ukrayna münaqişəsinin həllində vasitəçilik səylərinə görə Türkiyəyə minnətdardır

Rusiya Ukrayna münaqişəsinin nizamlanması üzrə vasitəçilik səylərini davam etdirmək istəyinə görə Türkiyəyə minnətdardır, lakin Moskva hazırda danışıqlar prosesinin tezliklə bərpası üçün heç bir yaxın perspektiv görmür.

NTV xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ankaranın Rusiya-Ukrayna danışıqlarını asanlaşdırmağa davam etmək niyyəti ilə bağlı fikirlərini şərh edərkən deyib.

Kremlin sözçüsü bildirib: “Biz türk dostlarımızın Ukrayna ətrafındakı vəziyyətin sülh yolu ilə həllinə töhfə verməyə davam etmək istəyindən yaxşı xəbərdarıq. Bunun üçün Türkiyə tərəfinə minnətdarıq”.

Eyni zamanda, Dmitri Peskov qeyd edib ki, Moskva hazırda danışıqları bərpa etmək üçün heç bir yaxın perspektiv görmür.

“Hələlik danışıqlar prosesinin bərpası üçün heç bir yaxın perspektiv yoxdur. Biz heç bir perspektiv görmürük, amma Rusiya tərəfi şübhəsiz ki, bu yol üçün açıqlığına sadiqdir”, - deyə o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM