satellite   Azerspace-1: 11135 H 30000

İsrail şirkəti süni intellektlə xərçəng dərmanını 8 saata təkmilləşdirdi

İsrail şirkəti süni intellektlə xərçəng dərmanını 8 saata təkmilləşdirdi

İsraildə yaradılan “Converge Bio” biotexnologiya şirkəti süni intellekt vasitəsilə xərçəng dərmanlarının təkmilləşdirilməsi istiqamətində mühüm nəticə əldə edib.

NTV İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkət açıqlama verib. Bildirilib ki, süni intellekt platforması cəmi bir sorğu əsasında səkkiz saat ərzində xərçəng dərmanı olan setuksimabı təkmilləşdirə bilib.

Qeyd edilib ki, sistem 100 min variant arasından mövcud dərmandan iki dəfə daha uğurlu olanı seçib. Bu nəticələr üzrə müvəqqəti patent müraciəti edilib.

Şirkətdən bildirilib ki, əldə olunan nəticələr süni intellektin dərman kəşfini sürətləndirmək və mövcud müalicə üsullarını daha effektiv etmək potensialını göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM