ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasına yaxınlaşır.
NTV xəbər verir ki, bu barədə “Fox News” Amerika rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, İranın ABŞ gəmilərinə raket və dron hücumları, həmçinin BƏƏ-ni hədəf alması fonunda vəziyyət kəskinləşib. Rəsmilər bildiriblər ki, son qərarı ABŞ Prezidenti Donald Tramp verəcək və ordu əməliyyatlara hazırdır.
Qeyd olunur ki, ABŞ ordusu Hörmüz boğazı və Körfəz ətrafında ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün “Azadlıq” əməliyyatı həyata keçirir.
ABŞ hərbi rəhbərliyi bildirib ki, komandirlər təhlükə yaranacağı halda, qabaqlayıcı zərbələr endirmək səlahiyyətinə malikdirlər.
