satellite   Azerspace-1: 11135 H 30000

Fransa ADB-ni yerli valyutalarda maliyyələşdirməni genişləndirməyə çağırır

Fransa ADB-ni yerli valyutalarda maliyyələşdirməni genişləndirməyə çağırır

Fransa Asiya İnkişaf Bankına (ADB) milli valyutalarda maliyyələşdirmənin artırılması üçün mexanizmlərin hazırlanmasını dayandırmamaq barədə çağırış ilə müraciət edir.

NTV  əməkdaşı xəbər verir ki, bu bəyanatla Fransa üzrə müvəqqəti rəhbər müavini olan Antuan Berjero ADB-nin Direktorlar Şurasının 59-cu illik iclası çərçivəsində rəhbərlərin işgüzar sessiyasında çıxış edib.

O qeyd edib ki, Fransa tərəfi həm də ADB-yə müraciət edərək, milli tədbirlərin və donor dəstəyinin daxil edilə biləcəyi uzunmüddətli keçid strategiyalarının formalaşdırılmasında öz müştərilərinə kömək göstərilməsi istiqamətində səylərini artırmağı xahiş edir.

"Bununla yanaşı, qısamüddətli perspektivdə iqtisadi artım və inkişaf prioritetlərini nəzərə almaqla qalıq yanacaqlarından asılılığın azaldılması üçün tələb olunan bütün siyasi məsləhətləri və yardımı təmin etmək lazımdır. Bu kontekstdə Fransa ADB-ni "regionun iqlim bankı"na çevrilmək istiqamətində işləri davam etdirməyə çağırır", - A.Berjero vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM